17 min abonentin qaz təchizatı dayandırılacaq

17 min abonentin qaz təchizatı dayandırılacaq
Gündəm 21 İyun 2025 17:26

Masallı rayon ərazisində yerləşən “Alvadı” qaz paylayıcı stansiyasında təzyiq tənzimləyicisinin, kürəvi kranın və flans birləşməsinin ləğvi ilə bağlı 23 iyun 2025-ci il tarixində, saat 10:00-dan işlər başa çatanadək, ümumilikdə 37 kənd üzrə 17 000 abonentin qaz təchizatının dayandırılması planlaşdırılır.

Sitat.info xəbər verir ki, bu barədə Lənkəran Regional Qaz İstismarı İdarəsi məlumat yayıb.