Paşinyan Türkiyəyə səfərindən danışdı

Paşinyan Türkiyəyə səfərindən danışdı
Gündəm 20 İyun 2025 18:47

Ermənistanın Baş naziri Nikol Paşinyan Türkiyəyə səfərinin ikitərəfli münasibətlərə yeni təkan verəcəyinə ümidvar olduğunu bildirib.

Sitat.info xəbər verir ki, o, bunu İstanbulda yerli erməni icmasının nümayəndələri ilə görüşü zamanı deyib.

Dövlət başçısının sözlərinə görə, səfərin əsasında Ermənistan-Türkiyə dövlətlərarası münasibətləri dayanır və baş verən proses münasibətlərin qurulması üçün hər iki ölkənin maraqlarından irəli gəlir.