Saxlanılan icra başçısı, görün, kimin qohumudur

Saxlanılan icra başçısı, görün, kimin qohumudur
Gündəm 20 İyun 2025 15:50

Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən saxlanılan Qax rayonunun icra başçısı Musa Şəkiliyevlə bağlı yeni məlumat daxil olub.

Sitat.info Publika.az-a istinadla xəbər verir ki, Musa Şəkiliyev baş nazirin köməkçisi Əhməd Əhmədzadənin, həmçinin Zaqatala rayonunun icra başçısı Mübariz Əhmədzadənin xalası oğludur. Mübariz Əhmədzadə ilə Əhməd Əhmədzadə qardaşdır.

Qeyd edək ki, Musa Şəkiliyev 2010-cu ildə Qax Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin olunub.