İsrail İranla paralel bu ölkəyə də zərbə endirdi

İsrail İranla paralel bu ölkəyə də zərbə endirdi
Gündəm 16 İyun 2025 20:19

Tehrana yeni hücum dalğası ilə bağlı xəbərlərlə yanaşı, İsrail ordusu Livana yeni zərbə endirdiyini açıqlayıb.

Sitat.info xəbər verir ki, bu barədə İsrail Müdafiə Ordusunun mətbuat xidməti məlumat yayıb.

Əməliyyat Livanın cənubundakı Hola şəhərinin kənarında həyata keçirilib.

Qeyd edilib ki, məqsədi radikal "Hizbullah" təşkilatının silahlı qanadının üzvünü məhv etmək olub.