Gərginlik davam edərsə, ilk olaraq Yaxın Şərq zərər çəkəcək - Rəsmi Pekin

Gərginlik davam edərsə, ilk olaraq Yaxın Şərq zərər çəkəcək - Rəsmi Pekin
SİYASƏT 16 İyun 2025 12:50

Çin İsrailin İrana qarşı hərbi münaqişənin kəskinləşməsinə səbəb olan hücumlarından dərin narahatdır.

Sitat.info xəbər verir ki, bu sözləri Çin Xarici İşlər Nazirliyinin sözçüsü Quo Jiakun mətbuat konfransında deyib. 

"Biz tərəfləri gərginliyi mümkün qədər tez azaltmaq üçün dərhal tədbirlər görməyə çağırırıq ... Regionun daha böyük xaosa sürüklənməsinin qarşısını almağa, dialoq və məsləhətləşmələr yolu ilə həll üçün düzgün yola qayıtmağa şərait yaratmağa çağırırıq. İsrail və İran arasında münaqişə kəskinləşməyə və ya genişlənməyə davam edərsə, bundan ilk zərər çəkən Yaxın Şərq ölkələri olacaq”.

Nigar,

Sitat.info