SEPAH: Biz İsrailin hərbi obyektlərini vurduq

SEPAH: Biz İsrailin hərbi obyektlərini vurduq
Dünya 14 İyun 2025 00:42

İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) onlarla ballistik raketin strateji hədəfləri effektiv şəkildə vurduğunu, ələ keçirildiyi iddialarına baxmayaraq, düşmənin raket hücumlarının dalğalarını dəf edə bilmədiyini bildirib.

Sitat.info-nun İRNA-ya istinadən məlumatına görə, SEPAH  hərbi hədəfləri və hava bazalarını, həmçinin İsrail  ordusunun raket və digər hərbi texnika və silahların istehsalı üçün istifadə etdiyi hərbi sənaye mərkəzlərini, həmçinin işğal olunmuş ərazilərin dərinliklərində olan digər hərbi hədəfləri hədəfə alıb.

Nigar,

Sitat.info