ABŞ-də sabahkı parad təxirə salına bilər

ABŞ-də sabahkı parad təxirə salına bilər
Gündəm 13 İyun 2025 20:34

İyunun 14-də Amerika ordusunun ildönümü şərəfinə Vaşinqtonda keçiriləcək hərbi parad tufan səbəbindən ləğv edilə və ya təxirə salına bilər. 

Sitat.info xəbər verir ki, bu barədə ABŞ ordusunun nümayəndəsi Stiven Uorren “The Times” qəzetinə müsahibəsində bildirib.

Bildirilir ki, parad günü yağış və tufan gözlənilir. Stiven Uorren vurğulayıb ki, paradın keçirilməsində hər hansı dəyişiklik olarsa, əvvəlcədən məlumat veriləcək