Avstriyada üçgünlük milli matəm elan ediləcək

Avstriyada üçgünlük milli matəm elan ediləcək
Gündəm 10 İyun 2025 19:45

Avstriyanın Qrats şəhərində məktəbdə baş verən atışma ilə əlaqədar sabahdan üçgünlük milli matəm elan ediləcək. 

Sitat.info xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə ölkənin kansleri Kristian Stoker bildirib.

“Bu gün baş verənlər milli faciədir. Bu akt bizim hamımıza təsir etdi. Bütün Avstriya milli matəm zamanı qurbanların xatirəsini yad edəcək”, - o vurğulayıb.