Suraxanı və Nərimanovda narkotik vasitə aşkarlandı

Suraxanı və Nərimanovda narkotik vasitə aşkarlandı
Gündəm 10 İyun 2025 19:30

 

Polis əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə davam etdirilir.

Sitat.info xəbər verir ki, DİN-in Mətbuat xidmətindən bildirilib ki, paytaxtın Suraxanı və Nərimanov rayonları ərazisində həyata keçirilən tədbirlər zamanı 26 yaşlı Z.Şıxalızadə və əvvəllər məhkum olunmuş 49 yaşlı X.Bayramov şübhəli şəxs qismində saxlanılıblar. Onlardan ümumi çəkisi iki kiloqrama yaxın heroin, metamfetamin və marixuana aşkarlanıb.

Araşdırma aparılır.