Türkiyədə zəlzələ oldu

Türkiyədə zəlzələ oldu
Gündəm 10 İyun 2025 14:50

 

Türkiyədə Kütahya şəhərinin Simav rayonunda 4,5 bal gücündə zəlzələ baş verib.

Sitat.info xəbər verir ki, bu barədə AFAD məlumat yayıb.

Yerli vaxtla saat 13:15-də (Bakı vaxtı ilə 14:15) baş verən zəlzələ yerin 7,71 kilometr dərinliyində meydana gəlib.

Dağıntı və tələfat barədə məlumat verilməyib.