Türkiyə hərbçiləri Azərbaycana yola düşdü

Türkiyə hərbçiləri Azərbaycana yola düşdü
Gündəm 09 İyun 2025 21:15

Türkiyə Silahlı Qüvvələrinin şəxsi heyəti Naxçıvanda keçiriləcək “Sarsılmaz Qardaşlıq” təlimində iştirak etmək üçün Azərbaycana yola düşüb.

Sitat.info xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi X hesabında məlumat yayıb.

Bildirilir ki, Həsrət körpüsündə bayraq mübadiləsi həyata keçirilib.

Qeyd edək ki, "Sarsılmaz Qardaşlıq" adlı kompüter dəstəkli komanda-qərargah təlimi təlim 12–19 iyun tarixləri arasında Naxçıvan Muxtar Respublikasında Azərbaycan Silahlı Qüvvələrinin iştirakı ilə keçiriləcək.