İsrail “Patriot”larını Ukraynaya verdi

İsrail “Patriot”larını Ukraynaya verdi
Gündəm 09 İyun 2025 18:37

İsrail Ukraynaya “Patriot” sistemlərini verib.

Sitat.info xəbər verir ki, bunu İsrailin Ukraynadakı səfiri Mixail Brodski deyib.

“Bir vaxtlar ABŞ-dan aldığımız “Patriot” sistemləri indi Ukraynadadır. Bunlar 90-cı illərin əvvəllərində xidmətdə olan İsrail sistemləridir. Onları Ukraynaya verməyə razılaşdıq. Və bu barədə təəssüf ki, çox danışılmadı. Amma deyəndə ki, İsrail hərbi cəhətdən kömək etməyib, bu, doğru deyil”, - Brodski bildirib.