Fransa hökumətinin tərkibi dəyişdi, yeni nazirlər təyin edildi

Fransa hökumətinin tərkibi dəyişdi, yeni nazirlər təyin edildi
Dünya 20 May 2022 20:25

Fransa hökumətində yeni nazirlər təyin edilib.

SİTAT.İNFO xəbər verir ki, təyinatları Yelisey sarayının baş katibi Aleksis Koler elan edib.

Katrin Kolonna Fransanın yeni xarici işlər naziri təyin edilib. O, 2017-ci ildən şöbəyə rəhbərlik edən Jan-İv Le Drianı əvəz edib.

Fransanın Silahlı Qüvvələr Nazirliyinə Sebastyan Lekornyu rəhbərlik edəcək. Daxili işlər naziri Cerald Darmanin, iqtisadiyyat və maliyyə naziri isə Bruno Le Mer olacaq.

Anyes Panye-Runaşe energetika naziri vəzifəsini icra edəcək. Əvvəlki hökumətdə o, sənaye nazirinin nümayəndəsi vəzifəsində çalışıb.

Bundan əlavə, Ameli de Monşalen Fransanın ətraf mühitin planlaşdırılması və əraziləri naziri təyin olunub.//Report