Samvel Şahramanyan növbəti dəfə dindirildi

Samvel Şahramanyan növbəti dəfə dindirildi
Gündəm 06 İyun 2025 17:51

Ləğv edilmiş separatçı rejimin sonuncu lideri Samvel Şahramanyan bu səhər Ermənistan İstintaq Komitəsi tərəfindən yenidən dindirilib.

Sitat.info xəbər verir ki, bu barədə onun vəkili Roman Yeritsyan bildirib.

Ermənistan KİV-in məlumatına görə, Şahramanyan şahid qismində dindirilir, hüquq-mühafizə orqanları təfərrüatları açıqlamır.

Samvel Şahramanyının son həftələrdə beşinci dəfə dindirildiyini qeyd edilib.

Separatçı 44 günlük müharibə ilə əlaqədar üç ayrı cinayət işi üzrə dindirilib.