Hava ilə bağlı - Xəbərdarlıq

Hava ilə bağlı - Xəbərdarlıq
Gündəm 05 İyun 2025 16:40

Bakıda və Abşeron yarımadasında iyunun 6-sı səhərdən 7-si gündüzədək fasilələrlə yağış yağacağı gözlənilir.

Sitat.info xəbər verir ki, bununla bağlı Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Bildirilib ki, yarımadanın bəzi yerlərində yağışın qısamüddətli leysan xarakterli olacağı, şimşək çaxacağı ehtimal olunur.