Putin dedi ki, Ukraynanın hücumuna cavab verəcək - Tramp

Putin dedi ki, Ukraynanın hücumuna cavab verəcək - Tramp
Gündəm 04 İyun 2025 21:55

 

Rusiya Prezidenti Vladimir Putin Ukraynanın Rusiya aerodromlarına hücumuna cavab verəcək.

 Sitat.info xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp sosial şəbəkə hesabında yazıb.

"Telefon danışığı zamanı Putin söylədi ki, son hücumlara cavab verməli olacaq və bunu olduqca qəti şəkildə bildirdi”, - Tramp vurğulayıb.

Qeyd edək ki, bu gün Trampla Putin arasında telefon danışığı baş tutub.