Şoyqu Şimali Koreyaya səfər edib

Şoyqu Şimali Koreyaya səfər edib
Gündəm 04 İyun 2025 14:20

Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu Şimali Koreyaya səfər edib.

APA-nın Rusiya bürosu xəbər verir ki, Şoyqunun KXDR lideri Kim Çen Inla danışıqlar aparacağı planlaşdırılıb.

Məlumata görə, əsas müzakirə mövzusu iki ölkə arasında strateji əməkdaşlıq olacaq. İkitərəfli məsələlərlə yanaşı, əsas beynəlxalq məsələlər, o cümlədən Ukraynadakı vəziyyət də müzakirə olunacaq.