Trabzonu sel basdı, bir nəfər itkin düşdü

Trabzonu sel basdı, bir nəfər itkin düşdü
Gündəm 03 İyun 2025 20:13

Türkiyənin Trabzon şəhərində yağan leysan sel və daşqına səbəb olub.

Sitat.info Türkiyə mediasına istinadən xəbər verir ki, təbii fəlakət nəticəsində bir nəfər itkin düşüb.

“Trabzonda gecə saatlarından başlayan güclü yağış fəsadlarla nəticələnib. İtkin düşən 72 yaşlı Hüseyn Aydının tapılması üçün axtarış başlayıb. Daşqın səbəbindən yolların bağlanması axtarış işlərini çətinləşdirir”, - məlumatda vurğulanıb.