İstanbul danışıqlarını müzakirə etdilər

İstanbul danışıqlarını müzakirə etdilər
Gündəm 03 İyun 2025 18:50

Türkiyənin xarici işlər naziri Hakan Fidan ABŞ dövlət katibi Marko Rubio ilə telefon danışığı aparıb. 

Sitat.info xəbər verir ki, bu haqda TASS məlumat yayıb.

Onlar Rusiya və Ukrayna arasında iyunun 2-də İstanbulda keçirilən birbaşa danışıqların ikinci raundunun nəticələrini müzakirə ediblər:

“Rusiya və Ukrayna arasında müharibəyə son qoymaq üçün atılan addımlar, həmçinin dünən İstanbulda baş tutan danışıqların nəticələri müzakirə edilib”.