“Sumqayıt”da 3 ayrılıq

“Sumqayıt”da 3 ayrılıq
Gündəm 03 İyun 2025 18:00

“Sumqayıt” 3 futbolçusu ilə yollarını ayırıb.

Sitat.info xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Miloş Miloviç, Momo Yansane və Rövlan Muradovla yollar ayrılıb. Onların klubla müqaviləsi başa çatıb.

“Sumqayıt” hər üç futbolçuya kluba göstərdiyi xidmətlərə görə təşəkkür edib, gələcək karyeralarında uğurlar arzulayıb.