Rusiya və MDB dövlətləri biotəhlükəsizlik sahəsində memorandumlar bağlayır

Rusiya və MDB dövlətləri biotəhlükəsizlik sahəsində memorandumlar bağlayır
Gündəm 20 May 2022 15:48

Rusiya və MDB üzv dövlətləri biotəhlükəsizlik sahəsində memorandumlar bağlayır.

Sitat.info Apa-ya istinadən xəbər verir ki, bu barədə Rusiya Federasiya Şurasının sədr müavini Konstantin Kosaçev bildirib.

Onun sözlərinə görə, Azərbaycan, Belarus, Qazaxıstan və Qırğızıstanla müqavilələr yüksək səviyyədə hazırdır: “"Bu gün Rusiyanın qonşularımızla biotəhlükəsizlik sahəsində əməkdaşlığa dair 4 memorandumu var. Bunlar Ermənistan, Özbəkistan, Tacikistan və Türkmənistanladır", - deyə rusiyalı paramentari qeyd edib.