Trampdan İranla bağlı sərt açıqlama: "İcazə verməyəcəyik"

Trampdan İranla bağlı sərt açıqlama: \"İcazə verməyəcəyik\"
Dünya 03 İyun 2025 10:12

Bu gün ABŞ prezidenti Donald Tramp özünün “Truth Social” media hesabında paylaşım edərək, yenidən İrana uranın zənginləşdirilməsinə icazə verilməyəcəyini vurğulayıb.

Sitat.info xəbər verir ki, bu barədə İranın ISNA agentliyi məlumat yayıb.

Onun sözlərinə görə, Baydenin administrasiyası İranın uranın zənginləşdirilməsini çoxdan dayandırmalı idi.

"Mümkün razılığımızda uranın zənginləşdirilməsinə icazə verməyəcəyik", - deyə Tramp qeyd edib.