Ceyhun Bayramov rəsmi səfərə yollandı

Ceyhun Bayramov rəsmi səfərə yollandı
SİYASƏT 02 İyun 2025 22:47

Xarici işlər naziri Ceyhun Bayramov Keniyaya rəsmi səfərə yola düşüb.

Sitat.info  xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb.

Rəsmi səfər çərçivəsində Ceyhun Bayramovun Azərbaycanın Keniyadakı Səfirliyinin rəsmi açılış mərasimində iştirakı, habelə bu ölkənin yüksək vəzifəli rəsmiləri ilə ikitərəfli görüşlərinin keçirilməsi nəzərdə tutulur.