Daha bir itkin şəhidimiz dəfn olunacaq - Foto

Daha bir itkin şəhidimiz dəfn olunacaq - Foto
Gündəm 02 İyun 2025 10:10

Sabah daha 1 itkin şəhid dəfn ediləcək.

Sitat.info xəbər verir ki, bu barədə Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası məlumat yayıb.

Bildirilib ki, Sahil Nurəddin oğlu İbrahimov iyunun 3-ü saat 12:00-da Bakı şəhəri Suraxanı rayonu, Əmircan qəsəbəsinin qəbiristanlığında dəfn olunacaq.