Azərbaycan - ABŞ iqtisadi-ticari əlaqələri müzakirə olundu

Azərbaycan - ABŞ iqtisadi-ticari əlaqələri müzakirə olundu
Gündəm 29 May 2025 19:50

Azərbaycan iqtisadiyyat naziri Mikayıl Cabbarov ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvü, senator Stiv Deyns ilə görüşüb.

Sitat.info xəbər verir ki, o, bu barədə X hesabında yazıb.

Bildirilib ki, tərəflər iqtisadi-ticarət əlaqələrinin inkişaf istiqamətlərini müzakirə ediblər.

"Azərbaycanın Avropa və Mərkəzi Asiya ölkələri arasında regional mərkəz kimi strateji mövqeyi, Orta Dəhliz layihəsinin perspektivləri, investisiya, enerji infrastruktur və sənaye sahələrində birgə təşəbbüslər barədə fikirlərimizi bölüşdük", - M.Cabbarov yazıb.