Rusiya-Ukrayna danışıqlarının vaxtı bəlli oldu

Rusiya-Ukrayna danışıqlarının vaxtı bəlli oldu
Gündəm 28 May 2025 20:00

Rusiya ilə Ukrayna arasında danışıqların ikinci raundu iyunun 2-də İstanbulda keçiriləcək.

Sitat.info xəbər verir ki, bu barədə Rusiya xarici işlər naziri Sergey Lavrov məlumat verib.

“Vladimir Medinskinin başçılıq etdiyi Rusiya nümayəndə heyəti İstanbulda Ukraynaya böhranın aradan qaldırılmasına dair memorandumu təqdim etməyə hazırdır.

Rusiya Ukrayna böhranının əsas səbəblərini etibarlı şəkildə aradan qaldırmaq üçün bütün aspektlər üzrə mövqeyini ifadə edən operativ şəkildə memorandum hazırlayıb”, - Lavrov bildirib.