Ərdoğan Türkiyədən Laçına yola düşüb

Ərdoğan Türkiyədən Laçına yola düşüb
SİYASƏT 28 May 2025 10:45

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyədən Azərbaycanın Laçın şəhərinə yola düşüb.

Sitat.info xəbər verir ki, bu barədə "Haber Global" məlumat yayıb.

Bildirilib ki, Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyev və Pakistanın Baş naziri Şahbaz Şəriflə Laçın Beynəlxalq Hava Limanının açılışında iştirak edəcək.