"Qarabağ"ın qapıçısı milliyə dəvət aldı

\"Qarabağ\"ın qapıçısı milliyə dəvət aldı
Gündəm 27 May 2025 16:27

"Qarabağ" klubunun qapıçısı Mateuş Koxalski Polşa millisinə dəvət alıb.

Sitat.info xəbər verir ki, bu barədə Polşa Futbol Assosiasiyasının rəsmi saytı məlumat yayıb.

Qeyd edək ki, Polşa yığması iyunun 6-da Moldova ilə yoldaşlıq oyunu keçirəcək. Komanda iyunun 10-da səfərdə dünya çempionatının seçmə mərhələsində Finlandiya ilə üz-üzə gələcək.