Fransa XİN başçısı İrəvana gəlir
Fransa xarici işlər naziri Jan Noel Barro Ermənistana səfər edəcək.
Sitat.info xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyi məlumat yayıb.
Qeyd olunub ki, səfər mayın 26-da baş tutacaq. O, həmkarı Ararat Mirzoyanla görüşəcək.
Nazirlər birgə mətbuat konfransı keçirəcəklər.