Rusiya təyyarəsi Gürcüstan üzərində fəlakət siqnalı verdi
Rusiyanın "Rusjet" aviaşirkətinə aid təyyarə Gürcüstan üzərində fəlakət siqnalı verib.
Sitat.info xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb.
Məlumata görə, təyyarə Türkiyənin Dalaman-Moskva marşrutu üzrə reys yerinə yetirirdi, geri qayıdarkən Gürcüstan üzərində siqnal verib.