Ukraynanı xuntadan azad etmək niyyətindəyik - Lavrov

Ukraynanı xuntadan azad etmək niyyətindəyik - Lavrov
Gündəm 23 May 2025 18:38

Rusiya bütün Ukraynanı, xüsusən də rusdilliləri Zelenskinin xuntasından azad etmək niyyətindədir.

Sitat.info xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov deyib.

“Ukraynada rus dilində danışan milyonlarla insan var, bu onların ana dilidir və onların rus dilində danışmağı qadağan edən xuntanın hakimiyyəti altında qalması çox böyük cinayət olardı”, - o bildirib.