Sumqayıtda iki "Kalaşnikov" aşkarlanıb

Sumqayıtda iki \"Kalaşnikov\" aşkarlanıb
Gündəm 23 May 2025 09:04

Sumqayıt şəhərində iki müxtəlif ünvanda avtomat silahlar aşkarl edilib.

Sitat.info verir ki,Yaşma bağları ərazisində 1 ədəd 7,62 kalibrli “AK-74 Kalaşnikov” markalı avtomat tapılıb.

Digər bir hadisə isə Betonzavod yaşayış massivində qeydə alınıb. Həmin ərazidə 1 ədəd 5,45 kalibrli “AK-74 Kalaşnikov” avtomatı aşkarlanıb.

Aşkarlanmış silahlarla bağlı aidiyyəti üzrə araşdırmalara başlanılıb.