ABŞ-a gedə bilərəm, cənab Trampla görüş… - Ərdoğan

ABŞ-a gedə bilərəm, cənab Trampla görüş… - Ərdoğan
Gündəm 22 May 2025 16:13

 

ABŞ-a səfər edə bilərəm.

Sitat.info xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Budapeşt səfərindən qayıdan zaman təyyarədə jurnalistlərə müsahibəsində deyib.

“Düşünürəm ki, bizim orada cənab Trampla üz-üzə görüşmək şansımız olacaq. Türkiyə-Amerika münasibətləri bəzilərinin düşündüyü qədər əhəmiyyətsiz deyil. Cənab Trampın Türkiyəyə baxışı çox müsbətdir. Bizim də onlara baxışımız eynidir. Qarşılıqlı hörmət və səmimiyyətə əsaslanan möhkəm münasibətlərimiz var”, - Ərdoğan əlavə edib.