İrəvan “soyqırım”la bağlı layihəni rədd etdi

İrəvan “soyqırım”la bağlı layihəni rədd etdi
SİYASƏT 22 May 2025 13:50

Ermənistan hökuməti “erməni soyqırımı”nın inkarına görə cinayət məsuliyyətini nəzərdə tutan “Hayastan” fraksiyasının təqdim etdiyi qanun layihəsini rədd edib.

Sitat.info  xəbər verir ki, bu barədə Ermənistan mediası məlumat yayıb.

Hakim Mülki Müqavilə Partiyası da Cinayət Məcəlləsindəki mövcud maddəyə istinad edərək qanun layihəsinə qarşı çıxıb.