Kim Çen In İlham Əliyevi təbrik etdi

Kim Çen In İlham Əliyevi təbrik etdi
Gündəm 21 May 2025 17:26

Koreya Xalq Demokratik Respublikasının Dövlət İşlərinin Sədri Kim Çen In Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Sitat.info xəbər verir ki, məktubda deyilir:

“Zati-aliləri.

Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə Sizə və Sizin şəxsinizdə ölkənizin hökumətinə və xalqına təbriklərimi çatdırıram.

Ümidvar olduğumu bildirirəm ki, ölkələrimiz arasında dostluq münasibətləri gələcəkdə də genişlənəcək və inkişaf edəcəkdir”.