Azərbaycan və Macarıstan matçı üçün biletlər satışda
Azərbaycan və Macarıstan millisi arasında keçiriləcək yoldaşlıq oyununun biletləri satışa çıxarılıb.
Sitat.info xəbər verir ki, bu barədə “iTicket” saytında məlumat yer alıb.
Məlumata görə, 1-ci kateqoriya 5, 2-ci kateqoriya 2, VİP biletlər 10 manata satışa çıxarılıb.
Qarşılaşmanı izləmək istəyənlər biletləri “iTicket.az” satış məntəqələrindən əldə edə bilərlər.
Qeyd edək ki, görüş iyunun 10-da, saat 20:00-da “Liv Bona Dea Arena”da keçiriləcək.