Müharibə dövrünün ən böyük əsir mübadiləsi... - Budanov

Müharibə dövrünün ən böyük əsir mübadiləsi... - Budanov
Gündəm 17 May 2025 16:28

Gələn həftə Ukrayna ilə Rusiya arasında müharibə dövründəki ən böyük hərbi əsir mübadiləsi baş tuta bilər. Hər iki tərəfdən 1000 nəfərin dəyişdirilməsi planlaşdırılır.

Sitat.info xəbər verir ki, bu barədə Ukrayna Baş Kəşfiyyat İdarəsinin rəhbəri Kirill Budanov bildirib.

“Ümid edirəm ki, bu, gələn həftə baş verəcək. Siyahılara gəlincə, bu cür mübadilələrdə necə mümkündürsə, elə də olacaq – kimi ala biliriksə, alacağıq, eyni şəkildə də verəcəyik”, - Budanov qeyd edib.