"Son zəng" geyimi ilə bağlı məktəbələrə təlimat verildi

\"Son zəng\" geyimi ilə bağlı məktəbələrə təlimat verildi
Gündəm 16 May 2025 20:02

Agentlik tərəfindən təhsil müəssisələrinə göndərilmiş təlimatda tədbirdə iştirak edəcək şagirdlərin xarici görkəminin və geyiminin oxuduğu təhsil müəssisəsinin nizam-intizam qaydalarına uyğun və səliqəli olmasının təmin edilməsi öz əksini tapıb.

Sitat.info xəbər verir ki, bu barədə Trend-ə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib.

Bildirilib ki, şagirdlərin məktəbli formalarında olmaları tövsiyə edilir.