Bakıda ağır qəza: ölən var

Bakıda ağır qəza: ölən var
Gündəm 16 May 2025 09:24

Bakıda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Sitat.info xəbər verir ki, 2004-cü il təvəllüdlü Elvin Qabil oğlu Əhmədov idarə etdiyi “Mersedes Benz C Klass” markalı avtomobillə hərəkətdə olarkən yolu keçən piyada 1988-ci il təvəllüdlü Pərvin Mirzə oğlu Hasılovu vurub.

Piyada Sabunçu Tibb Mərkəzi PHŞ-yə çatdırılsa da, göstərilən tibbi yardımlara baxmayaraq, aldığı xəsarətlərdən ölüb.

Faktla bağlı cinayət işi başlanıb.