Rusiya və Ukrayna birbaşa danışıqlar aparmalıdır - Ərdoğan

Rusiya və Ukrayna birbaşa danışıqlar aparmalıdır - Ərdoğan
Gündəm 15 May 2025 20:36

Münaqişənin həllinin indiki mərhələsində Rusiya və Ukrayna arasında birbaşa danışıqlar zəruridir. 

Sitat.info xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Vladimir Zelenski ilə görüşdən sonra mediaya açıqlamasında deyib.

Ərdoğan vurğulayıb ki, hazırkı mərhələdə Ukrayna-Rusiya müharibəsinin gedişatı birbaşa danışıqlar yolu ilə həll tələb edir:

“Minimum ortaq mövqelər üzrə razılığın əldə olunması daha çox insan itkisinin qarşısını almaq üçün çox vacibdir”.