"Bakı" çörəyinin içindən iyrənc məhlul və tük çıxdı çıxdı - VİDEO

\"Bakı\" çörəyinin içindən iyrənc məhlul və tük çıxdı çıxdı - VİDEO
SİTAT TV 15 May 2025 19:31

"Bakı" çörəyinin içindən naməlum qırıntılar və tük çıxıb.

Bu barədə "Sitat.info"ya vətəndaş məlumat verib.

Vətəndaşın dediyinə görə, mağazadan aldığı çörəyin içindən iyrənc məhlul çıxıb.

Onun sözlərinə görə, artıq bir neçə dəfədir ki, "Bakı" çörəyində belə ürəkbulandıran hadisə baş verir.

Çörəyin  qablaşdırmasının üzərində istehsalçının Səbail Əzimov olduğu qeyd olunur. Ünvan isə Abşeron rayonu, Məhəmmədli kəndidir.

Əlaqə nömrəsi olmadığından məsələ ilə bağlı istehsalçı ilə əlaqə saxlaya bilmədik.

Sitat.info-ya göndərilən videonu təqdim edirik:

Səid,

Sitat.info