“Sabah” Azərbaycan çempionu oldu

“Sabah” Azərbaycan çempionu oldu
İdman 14 May 2025 22:55

“Sabah” Azərbaycan Basketbol Liqasının qalibi olub.

Sitat.info xəbər verir ki, Bakı İdman Sarayında təşkil olunan final seriyasının altıncı oyununda “Neftçi”yə 83:78 hesabı ilə qalib gələn “bayquşlar” qızıl medallara sahib çıxıblar.

Rimas Kurtinaytisin rəhərlik etdiyi kollektiv həlledici seriyada dördüncü qələbəni əldə etməklə çempionluq sevinci yaşayıb.

Qeyd edək ki, tərəflər arasında əvvəlki 5 görüşdə “Sabah” 3, “Neftçi” isə 2 qələbə qazanıb.