Sabah Bakının bir çox ərazisində qaz olmayacaq

Sabah Bakının bir çox ərazisində qaz olmayacaq
Gündəm 14 May 2025 18:24

Paytaxtın Nərimanov, Səbail, Nizami, Binəqədi və Suraxanı rayonlarındakı mövcud qaz xətlərində görüləcək təmir işlərilə əlaqədar 15.05.2025-ci il tarixdə saat 10:00-dan qaz təchizatının dayandırılması planlaşdırılır. 

Sitat.info xəbər verir ki, bu barədə “Azəriqaz” İB-dən bildirilib.

Qeyd olunub ki, bu səbəbdən müvafiq olaraq Ə.Əliyev, M.Şərifli, E.Süleymanov, R.Rüstəmov, Naxçıvanski küçələrində, eləcə də M.Ə.Rəsulzadə, Xutor, Biləcəri qəsəbələrinin və Hövsan “MİDA yaşayış kompleksi”nin, həmçinin Motodrom ərazisinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.