Rusiya nümayəndə heyəti sabah İstanbulda Ukrayna nümayəndə heyətini gözləyəcək - Kreml
Kremlin sözçüsü Dmitri Peskov Rusiya prezidenti Vladimir Putinin İstanbuldakı sülh danışıqları ilə bağlı açıqlamalarının əsaslı olduğunu bildirərək, "Rusiya heyəti sabah İstanbulda Ukrayna nümayəndə heyətini gözləyəcək" deyib.
Peskov nümayəndə heyətinin tərkibi ilə bağlı sualı cavablandırmayıb:
"Prezidentdən bu məsələ ilə bağlı göstəriş alanda açıqlayacağıq. Hələlik belə bir göstəriş yoxdur. Putinin mayın 11-də verdiyi açıqlamalar qüvvədə qalır. Rusiya nümayəndə heyəti sabah İstanbulda Ukrayna nümayəndə heyətini gözləyəcək".
Səid,
Sitat.info