Mirzoyan: İrəvan Bakı ilə sülh sazişini dərhal imzalamağa hazırdır

Mirzoyan: İrəvan Bakı ilə sülh sazişini dərhal imzalamağa hazırdır
SİYASƏT 14 May 2025 14:55

Ermənistan Azərbaycanla sülh sazişini dərhal imzalamağa və ratifikasiya etməyə hazırdır.

Sitat.info xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan bildirib.

Onun sözlərinə görə, Ermənistan və Azərbaycan sülh müqaviləsi layihəsinin razılaşdırıldığını və yekunlaşdırıldığını elan ediblər.

"Nazirlərin bugünkü qərarlarından birində bu mühüm fakt bir daha qeyd olunur və sazişin mümkün qədər tez imzalanması və ratifikasiyası tələb olunur. Mən Ermənistanın bu yolla getməyə hazır olduğunu bir daha təsdiq edirəm", - deyə o, Lüksemburqda Avropa Şurası Xarici İşlər Nazirləri Komitəsinin 134-cü sessiyasında bildirib.