Ceyhun Bayramov Bəhreyn Krallığının vəliəhdi ilə görüşüb

Ceyhun Bayramov Bəhreyn Krallığının vəliəhdi ilə görüşüb
SİYASƏT 12 May 2025 12:26

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Bəhreyn Krallığının vəliəhdi və Baş naziri Salman bin Həməd Al Xəlifə ilə görüşüb.


Sitat.info  xəbər verir ki bu barədə Azərbaycan XİN məlumat yayıb.

Görüşdə tərəflər ikitərəfli və çoxtərəfli əməkdaşlığın hazırkı vəziyyəti və gələcək perspektivləri ilə bağlı geniş müzakirələr aparıb.