Tərtər çayında yeniyetmə boğuldu

Tərtər çayında yeniyetmə boğuldu
Gündəm 09 May 2025 17:26

Bərdə rayonunda yeniyetmə Tərtər çayında boğulub.

Sitat.info xəbər verir ki, Ağdam rayon sakini - 2010-cu il təvəllüdlü Əli Fərəcov Tərtər çayının Bərdə şəhəri ərazisindən keçən hissəsində boğulub.

Hələ ki, onun hansı şəraitdə çaya düşdüyü məlum deyil.

İlkin məlumata görə, Ə.Fərəcov Tərtər çayının sahilinə yaxın şadlıq saraylarından birində toyda olub.