Türkiyəli deputat Romada avtomobil qəzasına düşüb

Türkiyəli deputat Romada avtomobil qəzasına düşüb
Gündəm 09 May 2025 17:13

Türkiyənin DEM (Xalqların Bərabərlik və Demokratiya) Partiyasının Vandan olan millət vəkili Pervin Buldan avtomobil qəzasına düşüb.

Sitat.info "Haber Global" telekanalına istinadla xəbər verir ki, yol-nəqliyyat hadisəsi İtaliyanın paytaxtı Romada qeydə alınıb.

Bildirilir ki, hadisə içərisində deputatın olduğu avtomobilin sürücüsünün səhv yola çıxması səbəbindən baş verib.

Bundan başqa, P.Buldana qarşı sui-qəsdə cəhd göstərilməsi barədə yayılan xəbərlərin həqiqəti əks etdirmədiyi qeyd olunub.