Putin azərbaycanlı polkovniklə salamlaşdı

Putin azərbaycanlı polkovniklə salamlaşdı
Gündəm 09 May 2025 16:12

 

Mayın 9-da Rusiya Prezidenti Vladimir Putin Moskvanın Qızıl Meydanında Qələbə Paradında iştirak edən parad bölmələrinin komandirləri ilə görüşüb.

Sitat.info xəbər verir ki, komandirlər arasında Azərbaycanın 80 nəfərlik parad heyətinə rəhbərlik edən polkovnik-leytenant Samiq Rizvan oğlu Məmmədov da olub.

Putin komandirlərin hər biri ilə əl sıxaraq onları bayram münasibətilə təbrik edib.