Rüstəm İbrahimbəyovun yerinə yeni sədrin seçiləcəyi vaxt bilinib
Azərbaycan Kinematoqrafçılar İttifaqının (AKİ) sədr seçimi ilə bağlı idarə heyətinin ümumi iclası 31 may tarixində keçiriləcək.
SİTAT.İNFO xəbər verir ki, bu barədə APA-ya ittifaqın katibi Baba Vəziroğlu bildirib.
Qeyd edək ki, Xalq yazıçısı Rüstəm İbrahimbəyovun vəfatından sonra Xalq artisti Rasim Balayev AKİ-nin sədrliyinə namizəd kimi təqdim olunub və idarə heyəti Rasim Balayevin namizədliyini yekdilliklə təsdiq edib.